Bank Of Baku

İdman federasiyalarının yeni öhdəlikləri ilə bağlı dəyişikliklər qəbul olunub

İdman federasiyalarının yeni öhdəlikləri ilə bağlı dəyişikliklər qəbul olunub
# 13 iyun 2017 10:15 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanunun 11-ci (Respublika idman federasiyalarının hüquqları və vəzifələri) maddəsinə əlavə bəndlər təklif edilməsi müzakirə olunub.

 

APA-nın məlumatına görə, təkliflərdə federasiyaların vəzifə borcu kimi “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna və milli antidopinq qaydalarına uyğun olaraq, idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etmək tələb kimi qoyulur.

 

Bundan başqa, bildirilir ki, respublika idman federasiyaları tərəfindən bu qanuna yuxarıda qeyd edilən əlavənin yerinə yetirilməməsi pozuntu hesab edilir və həmin tələblər yerinə yetirilənədək dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin kəsilməsinə səbəb olur.

 

Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev təklif edib ki, qanuna gələcəkdə o da əlavə olunsun ki, qanında dopinq aşkarlanan idmançıya maliyyə sanksiyası tətbiq olunduğu müddətdə onun reklama çəkilməsi də qadağan edilsin: “Çünki belə idmançının təbliğ edilməsi düzgün deyil. Bu, dünya təcrübəsində də var”.

 

Spiker Oqtay Əsədov da təklifə dəstək verib və bunun gələcəkdə nəzərə alınmasının mümkünlüyünü bildirib.

 

Dəyişikliklər səsə qoyularaq qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR