Bu sözləri apasport.az saytına karate üzrə yığma komandamızın üzvü Firdovsi Fərzəliyev deyib.
Fərzəliyev Azərbaycan millisinin heyətində Bakı-2015 I Avropa Oyunlarında ilk qızıl medalı qazanan idmançı olub.
60 kq çəkidə rəqib tanımayan karateçi bildirib ki, uğurunun təməlində yorulmadan etdiyi məşqlər və özünəinam dayanır: “Başda Rəhman müəllim olmaqla bütün müəllimlərinə təşəkkür edirəm. Bu medal 6 ay yorulmadan etdiyimiz məşqlərin nəticəsidir”.