APA-nın məlumatına görə, bu barədə “jewishnews.co.uk” saytı xəbər yayıb.
İsraildən Azərbaycana 142 idmançının gələcəyi bildirilir:
“Bakının ev sahibliyi edəcəyi 6000-dən artıq idmançının mübarizə aparacağı Avropa Oyunlarına 600 mindən çox tamaşaçının gələcəyi gözlənilir. Dünya üzrə oyunları izləyəcək televiziya tamaşaçılarının sayı isə 1 milyarddan artıq olacaq. Burada 20 idman növü üzrə yarışlar təşkil ediləcək. 12 idman növü üzrə Rio-2016 Olimpiya Oyunları üçün təsnifat lisenziyaları müəyyənləşdiriləcək”.