Bank Of Baku

İtaliya nəşri Bakı-2015 I Avropa Oyunlarından yazıb

İtaliya nəşri Bakı-2015 I Avropa Oyunlarından yazıb
# 09 iyun 2015 11:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İtaliya mətbuatında Bakı-2015 I Avropa Oyunları ilə bağlı məqalə dərc olunub.

 

APA-nın İtalianinsider.it portalına istinadən verdiyi məlumata görə, yazıda Bakı şəhərinin ev sahibliyi edəcəyi I Avropa Oyunlarının başlamasına az müddətin qaldığı qeyd olunub.

 

“Bakı 20 idman növü üzrə 6000-dən artıq atleti salamlamağa hazırlaşır. Avropa Olimpiya Komitələri ilk qitə Oyunlarını keçirməklə, idman dəyərlərinin nüfuzunu artırmaq niyyətindədir. Bununla yanaşı, idmançılar Rio Yay Olimpiya Oyunlarına təsnifat lisenziyaları əldə edə biləcəklər”, - deyə məqalədə vurğulanıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR