Bank Of Baku

Azərbaycan Avropa Oyunlarında növbəti qızıl medal qazanıb - FOTOSESSİYA - VİDEO - YENİLƏNİB

Azərbaycan Avropa Oyunlarında növbəti qızıl medal qazanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 15 iyun 2015 16:26 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın qadınlardan ibarət güləş üzrə yığmasının üzvü Mariya Stadnik qızıl medal qazanıb.

 

APA-nın məlumatına görə, dünya çempionumuz həlledici görüşdə bolqarıstanlı Eltsa Yankova ilə qarşılaşıb.

 

M. Stadnik yenə çətinlik çəkmədən xalçadan qalib ayrılıb.

 

*** 12.08

 

Bakı – APA. Azərbaycanın qadınlardan ibarət güləş üzrə yığmasının lideri Mariya Stadnik finala vəsiqə qazanıb.


"Apasport”un verdiyi məlumata görə, təsnifat mərhələsindən azad olan dünya və dördqat Avropa çempionu mübarizəyə 1/8 finaldan başlayıb.

 

Stadnikin ilk görüşdə portuqaliyalı Liliana Kosta Dos Santosla güləşib. İdmançımız rəqibinə böyük hesabla qalib gəlib - 12:2. Olimpiya mükafatçımız 1/4 finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesabı ilə xeyrinə bitirib.

 

Təmsilçimiz finala gedən yolda İvona Matkovska (Polşa) ilə gücünü sınayıb. Stadnik bu döyüşdən də qalib ayrılıb - 8:2.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR