Bank Of Baku

Mehriban Əliyeva: “Azərbaycan I Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir”

Mehriban Əliyeva: “Azərbaycan I Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir”
# 08 may 2014 20:01 (UTC +04:00)

Bakı-APA. “I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir”.  APA-nın xəbərinə görə, bunu Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Milli Məclis” jurnalına müsahibəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri barədə danışarkən deyib.

 

M. Əliyeva deyib ki, Avropa Olimpiya Komitəsinin nümayəndə heyəti Azərbaycana ardıcıl səfərlər edir və görülən işlərlə tanış olur. Birinci Avropa Oyunları Əlaqələndirmə Komitəsinin mütəmadi olaraq iclasları keçirilir, görülən işlər müzakirə edilir: “Su İdmanı Növləri Sarayının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir. Milli Gimnastika Arenası artıq istifadəyə verilib.

Biz idman tarixində hazırlanmış ən yaxşı qəbul və hazırlıq qurğularından biri olacaq Atletlər kəndinin yaradılmasına çalışırıq. Təhlükəsizliyin təmin edilməsi, qonaqların və idmançıların yerləşdirilməsi, kütləvi informasiya vasitələri nümayəndələrinin fəaliyyəti üçün lazımi şəraitin yaradılması, yayımın təşkili, logistikanın qurulması və digər məsələlər Təşkilat Komitəsinin daim nəzarətindədir”.

 

M. Əliyeva qeyd edib ki, Azərbaycan I Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir: “ Ölkəmiz dəfələrlə bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edib. Həm bizim qonaqlarımız, həm də mütəxəssislər təşkil olunmuş tədbirlərin yüksək səviyyədə keçirildiyini daim təsdiqləyiblər. İnanıram ki, Olimpiya hərəkatı tarixinə ilk və ən yaxşı oyunlardan biri kimi yazılacaq I Avropa Oyunları çərçivəsində ölkəmizə gələcək hər bir kəs zəngin tarixi izlərin yaşadığı Bakının gözəlliyinin və şəhər sakinlərinin qonaqpərvərliyinin şahidi olacaq”.

 

Qeyd edək ki, M. Əliyeva 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları Təşkilat Komitəsinin sədridir. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR