Bakı-APA. Bakı 2015 I Avropa Oyunlarının keçirilməsinə az bir müddətin qalması və hazırlıq işlərinin başa çatdırılması ilə bağlı məlumatlar Misirin Yaxın Şərq Xəbərlər Agentliyi tərəfindən işıqlandırılıb və digər internet saytlarında yayılıb.
Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən məlumata görə, ölkə mətbuatında Azərbaycanın I Avropa Oyunlarına tam hazır olduğu və açılışda iştirak etmək məqsədilə iki yüz min biletin satıldığı, 12-28 iyun tarixlərində davam edəcək Avropa Oyunları üçün altı yüz min biletin satışa çıxarıldığı, 70% biletlərin isə artıq iştirakçılar tərəfindən alındığı barədə məlumatlar qeyd olunub.
Həmçinin, yayılmış məlumatda Azərbaycan prezidenti İlhdm Əliyev tərəfindən I Avropa Oyunlarında ən yaxşı nəticə göstərəcək azərbaycanlı idmançılar üçün pul mükafatının təqdim olunacağı ilə bağlı müvafiq sərəncamın qəbul edilməsi də öz əksini tapıb.