Bank Of Baku

Moskvada Bakı-2015 I Avropa oyunlarına həsr olunan mətbuat konfransı keçiriləcək

Moskvada Bakı-2015 I Avropa oyunlarına həsr olunan mətbuat konfransı keçiriləcək
# 10 fevral 2015 09:26 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Bakı-2015 I Avropa oyunlarına həsr olunan mətbuat konfransı keçiriləcək.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mətbuat konfransı fevralın 14-də TASS agentliyində baş tutacaq.

 

Tədbirdə Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015" Avropa oyunlarının təşkilat komitəsinin icraçı direktoru Azad Rəhimov və Beynəlxalq Olimpiya Komitəsinin İdarə Heyətinin üzvü, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak edəcək.

 

Qeyd edək ki, Bakı-2015 I Avropa oyunları iyunun 12-28-də keçiriləcək. Avropa oyunları proqramına 20 idman növü daxil edilib. Onlardan 16-sı olimpiya idman növüdür. Avropa oyunlarında 239 komplekt medal uğrunda 6 mindən çox idmançının mübarizə aparacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR