Bank Of Baku

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə I Avropa oyunlarına həsr olunan flaşmob keçirilib - FOTOSESSİYA

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə I Avropa oyunlarına həsr olunan flaşmob keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 08 iyun 2015 11:20 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, flaşmob paytaxtın M. Qorki adına Mərkəzi Mədəniyyətlər Parkında baş tutub.

 

RAGB fəalları suvenir və xatirə hədiyyələrini, şar, qolbağ, üzərində "Bakı-2015" loqotipi olan gödəkcə, qələm və broşürları parkda istirahət edən paytaxt sakinlərinə paylayıblar. Onlar moskvalılara Bakıda tikilən olimpiya obyektləri,  bütün Azərbaycanı diyar-diyar gəzən Avropa oyunları məşəli haqqında məlumat veriblər.

 

RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev APA-ya açıqlamasında bildirib ki, Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları Bakıda keçiriləcək möhtəşəm idman bayramının təbliği istiqamətində bu günə kimi bir sıra tədbirlər həyata keçirib: "Leyla Əliyevanın təşəbbüsü ilə "Bakı-2015"-ə həsr olunan Universiyada təşkil etdik. Moskvanın nüfuzlu ali məktəblərinin tələbələri bu universyiadada iştirak etdilər. Bu gün keçirilən flaşmob da "Bakı-2015"-ə dəstək layihəsi çərçivəsində baş tutub".

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR