Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında” qərarında dəyişikliklər edib.
APA-nın verdiyi məlumata görə, qərarın adından Olimpiya Oyunları sözləri çıxarılıb, Olimpiya Oyunlarında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatlar Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə müəyyənləşəcək.
Bundan sonra Olimpiya Oyunları istisna ilə, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatlar bu qərara əsasən müəyyənləşəcək. İndiyə qədər bu qərara əssən yalnız gənclər və yeniyetmələr arasında dünya və Avropa birinciliyində yüksək nəticə göstərmiş idmançılar və onların məşqçiləri üçün mükafatlar nəzərdə tutulub. Dəyişikliyə əsasən bu siyahıya Dünya və Avropa çempionatları, fərdi hesabda Dünya və Avropa kuboklarının final yarışlarında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri də daxil edilib. Eyni zamanda ümumi hesabda Dünya və Avropa kuboklarının final yarışlarında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri də mükafatlandırılacaqlar.
Mükafatların məbləği də artırılıb. İndiyə qədər gənclər arasında Dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 2000 min manat və 1000 manat, ikinci yer üzrə 1000 manat və 800 manat, üçüncü yer üzrə 800 manat və 500 manat, yeniyetmələr arasında Dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 1500 manat və 750 manat, ikinci yer üzrə 1000 manat və 500 manat, üçüncü yer üzrə 500 manat və 300 manat məbləğində mükafatlandırılıblar. Gənclər arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 1300 manat və 650 manat, ikinci yer üzrə 900 manat və 450 manat, üçüncü yer üzrə 500 manat və 250 manat, yeniyetmələr arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 1000 manat və 500 manat, ikinci yer üzrə 750 manat və 350 manat, üçüncü yer üzrə 400 manat və 200 manat məbləğində mükafat müəyyən edilib.
Dəyişikliyə əsasən bundan sonra gənclər arasında Dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 3000 min manat və 1500 manat, ikinci yer üzrə 2000 manat və 1000 manat, üçüncü yer üzrə 1500 manat və 750 manat, yeniyetmələr arasında Dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 2500 manat və 1250 manat, ikinci yer üzrə 1500 manat və 750 manat, üçüncü yer üzrə 100 manat və 500 manat məbləğində mükafatlandırılacaqlar. Gənclər arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 2000 manat və 1000 manat, ikinci yer üzrə 1000 manat və 500 manat, üçüncü yer üzrə 800 manat və 400 manat, yeniyetmələr arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 1500 manat və 750 manat, ikinci yer üzrə 800 manat və 400 manat, üçüncü yer üzrə 600 manat və 300 manat məbləğində mükafat müəyyən edilib.
Dəyişikliyə əsasən siyahıya əlavə edilmiş Dünya Çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 15000 manat və 7500 manat, ikinci yer üzrə 10000 manat və 5000 manat, üçüncü yer üzrə 6000 manat və 3000 manat, Avropa Çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 10000 manat və 5000 manat, ikinci yer üzrə 6000 manat və 3000 manat, üçüncü yer üzrə 2000 manat və 1000 manat məbləğində mükafatlandırılacaqlar. Ümumi hesabda Dünya Kubokunun finalında birinci yeri tutmuş komandanın idmançıları və komandanın məşqçiləri müvafiq olaraq 20000 manat və 10000 manat, ikinci yer üzrə 15000 manat və 7500 manat, üçüncü yer üzrə 10000 manat və 5000 manat, ümumi hesabda Avropa Kubokunun finalında birinci yeri tutmuş komandanın idmançıları və komandanın məşqçiləri müvafiq olaraq 15000 manat və 7500 manat, ikinci yer üzrə 10000 manat və 5000 manat, üçüncü yer üzrə 8000 manat və 4000 manat məbləğində mükafatlandırılacaqlar.
Fərdi hesabda Dünya Kubokunun finalında birinci yeri tutmuş idmançı və məşqçisi üçün müvafiq olaraq 6000 manat və 3000 manat, ikinci yer üzrə 4000 manat və 2000 manat, üçüncü yer üzrə 3000 manat və 1500 manat, fərdi hesabda Avropa Kubokunun finalında birinci yeri tutmuş idmançı və məşqçisi üçün müvafiq olaraq 4000 manat və 2000 manat, ikinci yer üzrə 3000 manat və 1500 manat, üçüncü yer üzrə 2000 manat və 1000 manat məbləğində mükafat müəyyən edilib.
Olimpiya Proqramına daxil olan idman növləri üzrə yarışlarda yüksək nəticə göstərən idmançı və məşqçilər üçün mükafatların məbləği artırılıb
Olimpiada
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq