Bank Of Baku

Parisdə I Avropa Oyunlarının möhtəşəm açılış mərasiminin nümayişi keçirilib - FOTO

Parisdə I Avropa Oyunlarının möhtəşəm açılış mərasiminin nümayişi keçirilib - <span style="color: red;">FOTO
# 16 iyun 2015 09:10 (UTC +04:00)

Bakı – APA. İyunun 12-də Bakı – 2015 I Avropa Oyunlarının açılış mərasimini “Equipe21” kanalı ilə canlı izləmək üçün Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa Nümayəndəliyi və Azərbaycanın Fransadakı səfirliyi tərəfindən 60-dan artıq parisli Azərbaycan Mədəniyyət Mərkəzinə dəvət edilib. Mərasimdən sonra Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafət təşkil olunub.

 

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən xəbərə görə, izləyicilər arasında Parisdə akkreditə olunmuş xarici diplomatlar, Fransa Milli Olimpiya və İdman Komitəsinin nümayəndələri, TOTAL, “Bouygues Construction” və “Galeries Lafayette” kimi məşhur Fransa şirkətlərinin təmsilçiləri və Azərbaycan diasporasının fəalları olublar.

 

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev və TEAS-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin qitənin bütün ölkələrini təmsil edən idmançıların iştirakı ilə Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıblar. Bu, idmanın ümumbəşəriliyini və birləşdirən bir qüvvə olaraq gücünü göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR