APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı təşkil etdiyi birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Onun sözlәrinә görә, Azәrbaycan SSRİ dağıldıqdan sonra müstәqillik qazanmış 15 ölkәdәn biri olub: “O zaman qarşımızda 3 yol vardı - biri yalnız post-sovet ölkәlәri ilә münasibәtlәri davam etdirmәk, digәri Qәrb, demokratik inkişaf, Avropa İttifaqı prinsiplәri, Avropa dәyәrlәri istiqamәtindә fәaliyyәt göstәrmәk vә üçüncüsü Asiya ölkәlәrinin qoşulmamaq siyasiәtinә qoşulub müstәqil siyasәt yürütmәk. Hәr üç seçim cәlbedici görünürdü. Lakin problemlәri dә var idi. 1990-93- cü illәrdә Azәrbaycanda vәtәndaş qarşıdurması, xaos yaşanırdı. 1995-ci ildә Konstitusiya qәbul edildi. Azәrbaycan prezidenti açıq-aşkar bәyan edib ki, biz öz yolumuzla gedirik. Siyasәtimizin әsas mahiyyәti Azәrbaycan xalqının maraqları üzәrindә köklәnib. Avropa İttifaqının qonşuluq siyasәti proqramında iştirak etmәk, Avrasiya İqtisadi Birliyinә qatılmaq, digәr tәrәfdәn qoşulmamaq hәrәkatına yönәlmәk kimi cәlbedici tәkliflәr var. O yerdә ki Azәrbaycanın maraqlarına uyğun yürüdülәn siyasәt var, orada Azәrbaycan da var. Azәrbaycan qarşılıqlı, faydalı, ikitәrәfli münasibәtlәrә üstünlük verir. Kollektiv öhdәlik, kollektiv birlik münasibәtlәrinә tәnqidlә yanaşır. Ona görә hәm İran, hәm ABŞ, hәm İsrail, hәm Türkiyә ilә münasibәtlәr qururuq. Azәrbaycanın maraqlarına söykәnәn, lakin kimsәnin maraqlarına kölgә salmayan istənilən yol bizim marağımıza uyğundur vә bu regionda әn keçәrli siyasәtdir”.