Bank Of Baku

Qəbələdə Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri yarışlarına start verilib - FOTO - VİDEO

Qəbələdə Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri yarışlarına start verilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 avqust 2014 10:43 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. “Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə Qəbələ rayonunda ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri yarışlarına start verilib. 

 

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində keçirilən yarışda Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan idmançıları iştirak edir. Ümumi mükafat fondu 81 000 ABŞ dolları olan yarışda 150-yə yaxın idmançı dairəvi və səngər stend olimpiya atıcılıq növləri üzrə mübarizə aparır.

 

Yarışın ilk günündə qadın və kişilərdən ibarət komandalar olimpiya atıcılıq növü olan dairəvi stend üzrə mübarizəyə başlayıblar. Dairəvi stend növü üzrə bu yarışda Azərbaycanı Olimpiya çempionu Zemfira Meftahəddinova, Azərbaycan Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Qəbələ” Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu olan Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, eləcə də tanınmış güllə atıcıları Xanhüseyn Bağırov, Elçin Babayev, Paşa Əhədpur və başqaları təmsil edir.

 

Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən ilk beynəlxalq turnirdir.

 

Yarışlar avqustun 21-dək davam edəcək.

                   

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR