Bank Of Baku

Rəsul Çunayev Azərbaycana Avropa Oyunlarının üçüncü qızıl medalını qazandırıb - VİDEO - FOTOSESSİYA

Rəsul Çunayev Azərbaycana Avropa Oyunlarının üçüncü qızıl medalını qazandırıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 13 iyun 2015 17:21 (UTC +04:00)

Bakı-APA.  Yunan-Roma güləşi üzrə millimizin liderlərindən olan Rəsul Çunayev Azərbaycana Avropa Oyunlarının üçüncü qızıl medalını qazandırıb

Apasport.az saytının məlumatına görə, finalda  macarıstanlı Balint Korpasi ilə üz-üzə gələn idmançımız qələbə sayəsində Avropa Oyunlarının qızıl medalına sahib çıxıb - 4:2.

Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib. Universiadanın qalibi, dünya və Avropa çempionatının mükafatçısı ilk görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gəlib.  Çunayev rəqibinə asanlıqla qalib gələrək, mərhələ adlayıb.

 

Rəsul 1/4 finalda Dominik Etlinqerlə (Xorvatiya) gücünü yoxlayıb. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. Yarımfinalda Rəsul çətinliklə üzləşməyib. "Neftçi İdman Klubu"nun üzvü Svilen Kostadinovla (Bolqarıstan) görüşü 10:0 hesabı ilə öndə bitirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR