Bank Of Baku

Rio-2016: Avarçəkmə yarışları təxirə salınıb

Rio-2016: Avarçəkmə yarışları təxirə salınıb
# 10 avqust 2016 15:12 (UTC +04:00)

Bakı – APA. Rio-2016-da növbəti problem yaranıb. Apasport.az saytının məlumatına görə, məişət problemləri və şəhəri bürüyən cinayətkarlarla üz-üzə qalan idmançılara növbəti zərbəni hava şəraiti vurub.

 

Belə ki, havaların kəskin pisləşməsi akademik avarçəkmə yarışlarının təxirə salınması ilə nəticələnib. Bu gün baş tutmalı olan bütün yürüşlər qeyri-müəyyən vaxta təxirə salınıb.

 

Bunu açıqlayan Beynəlxalq Avarçəkmə Federasiyası Rio-2016-da keçirilməli olan bütün yarışların təqvimini dəyişməyi zəruri sayıb. Yeni təqvim yaxın zamanda elan olunacaq.

 

Bugünkü yarışların təxirə salınması Azərbaycan idmançıları Aleksandr Aleksandrovla Boris Yotova təsir etməsə də, onların sabahkı çıxışının vaxtı dəyişdirilə bilər. Çünki təxirə salınan yarışları öncədən planlaşdırılan qarşıdakı günlərin təqviminə sığışdırmalı olan federasiyanın bütün yürüşlərin vaxtını dəyişəcəyi gözlənilir.

 

Qeyd edək ki, təmsilçilərimiz cütlərin yarışında 7-12-ci yerlər uğrunda mübarizə aparacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR