Bank Of Baku

Rio-2016: Boksçu Elvin Məmişzadə 1/4 finala yüksəlib

Rio-2016: Boksçu Elvin Məmişzadə 1/4 finala yüksəlib
# 15 avqust 2016 17:59 (UTC +04:00)

Bakı-APA. Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilir.

 

Apasport.az saytının məlumatına görə, günə yığmamızın lideri Yana Alekseyevna start verib. 60 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısının “siftə”si 1/4 finala təsadüf edib. Təmsilçimiz yarımfinala vəsiqə uğrunda çinli Jinxua Yinlə döyüşüb. Alekseyevna gözlənilmədən ilk 3 raundu rəqibindən zəif keçirib. Son raunddakı üstünlük isə heç nəyi dəyişməyib və idmançımız məğlub olaraq mübarizəni dayandırıb.

 

Alekseyevnadan sonra daha bir boksçumuz - Elvin Məmişzadə (52 kq) Rioda debüt qarşılaşmasına çıxıb. Dünya çempionumuz 1/8 finalda Oljas Sattibayevlə üz-üzə gəlib. Hər 3 raundda rəqibini aşkar üstələyən boksçumuz qalib gələrək 1/4 finala vəsiqə əldə edib. Məmişzadə bu mərhələdəki görüşünü avqustun 17-də keçirəcək. Onun rəqibi özbəkistanlı Şaxobidin Zairov olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR