Bank Of Baku

Rusiya kanalı: Azərbaycan qısa müddətdə hazırlıqları tamamlayaraq rekorda imza atıb

Rusiya kanalı: Azərbaycan qısa müddətdə hazırlıqları tamamlayaraq rekorda imza atıb
# 12 iyun 2015 09:40 (UTC +04:00)

Bakı - APA. Rusiyanın 1-ci kanalı İlk Avropa Oyunları ilə bağlı reportaj hazırlayıb. APA-nın xəbərinə görə, reportajda bildirilir ki, bütün idmançılar medal qazanmaq üçün Bakıya gəlib və burada qazanılacaq qələbə növbəti illərdə keçiriləcək Olimpiya Oyunlarının vəsiqəsi deməkdir.

 

Telekanalın Bakıya ezam olunmuş əməkdaşı atletlər kəndinə gedərək idmançıların hazırlıq vəziyyəti və onlar üçün yaradılan şəraitlə tanış olub. Qeyd edilir ki, 2 həftə ərzində Bakıda əsl idman bayramı keçiriləcək və dünyanın ən nüfuzlu kanalları bunu işıqlandıracaq.

 

Reportajda deyilir ki, Azərbaycan oyunlara qədər də artıq bir rekorda imza atdı - azı 7 il vaxt tələb edən hazırlıq işlərini cəmi 2,5 il ərzində çatdırdı. Bakıda daha bir yenilik pulsuz, ingilisdilli sürücüləri olan taksilərdir. Bu, həm turistlər, həm də idmançılar üçün əsl sürpriz olub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR