Bank Of Baku

Rusiya mətbuatı Avropa Oyunlarının açılış mərasiminin hər kəsi heyran etdiyini yazıb

Rusiya mətbuatı Avropa Oyunlarının açılış mərasiminin hər kəsi heyran etdiyini yazıb
# 14 iyun 2015 13:15 (UTC +04:00)

Bakı - APA. Rusiyanın vzglyad.ru saytı Avropa Oyunlarının açılış mərasimi haqqında məlumat yayıb.

 

APA-nın mәlumatına görә, sayt artıq “Kiçik Olimpiada” adını almış Avropa Oyunlarının açılış mərasiminin öz orijinallıq və gözəlliyi ilə hər kəsi heyran etdiyini yazıb: “Məhz bu mərasim üçün inşa olunmuş Olimpiya stadionunda 70 min nəfərlik yerin hamısı dolmuşdu. Azərbaycanın tarixindəki ən möhtəşəm şou insanların gözlərini qamaşdırırdı. Burada rəngarəng lazer şousu, professional rəqs və sirk qruplarının çıxışları, milli Azərbaycan üslubunda geyimlərlə səhnəciklər, minlərlə hava şarı, hətta gün tutulmasını da görmək mümkün idi. Şouda iki min nəfər iştirak edirdi”. 

 

Sayt həmçinin qeyd edib ki, şounun ən parlaq qonağı Con Lennonun "Imagine" mahnısını ifa edən dünya ulduzu Ledi Qaqa olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR