Bank Of Baku

Saymon Kleq: “Bakı Olimpiya Stadionunun ot örtuyunun dәyişdirilmәsi uğurla başa çatıb”

Saymon Kleq: “Bakı Olimpiya Stadionunun ot örtuyunun dәyişdirilmәsi uğurla başa çatıb”
# 18 iyun 2015 07:57 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. “İyunun 17-də 13 idman növü üzrә oyunlar keçirilib”. APA-nın mәlumatına görә, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib ki, 17 iyunda açılış günündәn indiyə kimi әn çox tamaşaçının iştirak etdiyi yarışlar keçirilib: “32 min tamaşaçı 19 idman oyununu izlәyib. Açılış mәrasimindәn sonra Bakı Olimpiya Stadionunun ot örtuyunun dәyişdirilmәsi uğurla başa çatıb. Hәftә sonu yeni idman oyunlarının keçirilmәsi üçün örtük hazırlanır. Mingәçevirdәki fәaliyyәtimiz azalır. Oyunların bu gün altıncı gündür. 71 medal qazanılıb. Bu gün 16 dәst medal oynanılacaq. Nailiyyәtlәrimizdәn mәmnunam. Dünәn gülәş yarışlarına qatılmışdım vә idman ab-havası mәni çox sevindirdi”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR