Bank Of Baku

Simon Kleqq: “Azərbaycan dünyada gənc, dinamik və irəliyə baxan ölkə kimi tanınacaq”

Simon Kleqq: “Azərbaycan dünyada gənc, dinamik və irəliyə baxan ölkə kimi tanınacaq”
# 11 iyun 2015 12:05 (UTC +04:00)

Mən inanıram və ümid edirəm ki, bu mərasim bütün azərbaycanlıları xüsusi fəxarət hissi keçirməyə vadar edəcək. Azərbaycan dünyada gənc, dinamik və irəliyə baxan bir ölkə kimi tanınacaq”.  

 

 

APA-nın xəbərinə görə, bunu I Avropa Oyunlarının Baş icraçı direktoru Simon Kleqq deyib.

 

 

O bildirib ki, I Avropa Oyunları dünyanın müxtəlif ölkələrində yayımlanacaq: “Sabah açılış mərasimində biz yüzlərlə idmançını salamlayacağıq. Bu idmançılar Avropa Olimpiya ailəsinin 50 ölkəsini təmsil edirlər. 50 min azarkeş sabah Olimpiya stadionuna toplaşacaq. I Avropa Oyunları Şimali Amerikadan başlayaraq, Cənubi Amerikaya, Çindən, Yeni Zelandiya, Avstraliyaya, Yaponiyadan Hindistana qədər bütün ölkələrdə yayımlanacaq. Biz əlimizdən gələni etdik ki, idmanla əlaqədar məlumatlandırma Azərbaycanın bütün regionlarını əhatə etsin. Məşəli bütün ölkədə səyahət etdirməklə insanlarda olimpiya ruhunu yaratdıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR