Bank Of Baku

Şirvanda Olimpiya İdman Kompleksi istifadəyə verilib - FOTOSESSİYA

Şirvanda Olimpiya İdman Kompleksi istifadəyə verilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 iyul 2013 15:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev iyulun 1-də Şirvan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

 

APA-nın məlumatına görə, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

 

Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına məlumat verib ki, ümumi sahəsi 4,5 hektar olan Olimpiya İdman Kompleksinin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb.

 

Kompleksdə yaradılan şəraitlə tanışlıq zamanı prezidentə Olimpiya Hərəkatı Muzeyinin, eləcə də Əl Oyunları Sarayının əsaslı təmir və yenidənqurma layihələri barədə məlumat verilib.

 

Prezident Şirvan Olimpiya İdman Kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR