Bank Of Baku

Soçi Olimpiadasında Azərbaycanın bayraqdarı müəyyənləşib

Soçi Olimpiadasında Azərbaycanın bayraqdarı müəyyənləşib
# 31 yanvar 2014 15:47 (UTC +04:00)

Milli Olimpiya Komitəsindən apasport.az saytına verilən xəbərə görə, Azərbaycanın bayraqdarı Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev olacaq.

 

Olimpiada Azərbaycanın rəsmi nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyanın prezidenti İskəndər Xəlilov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digərləri daxildir. Nümayəndə heyətinin rəhbəri isə MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayevadır.

 

Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR