Bank Of Baku

Taekvondo üzrə Azərbaycan yığmasının üzvü yarımfinala vəsiqə qazanıb

Taekvondo üzrə Azərbaycan yığmasının üzvü yarımfinala vəsiqə qazanıb
# 16 iyun 2015 12:49 (UTC +04:00)

APA-nın məlumatına görə, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gələcək. 49 kq çəkidə Azərbaycan yığmasının üzvü Patimat Abakarova il görüşündə rusiyalı Aleksandra Liçaqina ilə qarşılaşıb. İslam Həmrəyliyi Oyunlarının mükafatçısı olan idmançı 7:1 hesabı ilə qalib gəlib.

 

 

O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşıb və 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

 

Yarımfinalda o, serbiyalı Tiyana Boqdanoçivlə gücünü yoxlayacaq. Döyüş saat 17:00-da başlayacaq.

 

 

Kişilərdə 58 kq çəkidə Azərbaycanı təmsil edən Məhəmməd Məmmədov ilk görüşündə israilli Gili Haimovitslə qarşılaşıb. Avropa çempionu olan Məhəmməd Məhəmmədov 7:4 hesabı ilə qalib gəlib. 1/4 finalda isə ispaniyalı Xesus Tortosa Qabreraya 8:3 hesabı ilə uduzub.

 

 

Qeyd edək ki, taekvondo yarışları 4 gün keçiriləcək və hər gün 2 dəst medal öz sahibini tapacaq.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR