Bank Of Baku

Tiflisdə Avropa Oyunlarına həsr olunan konsert keçirilib - FOTOSESSİYA

Tiflisdə Avropa Oyunlarına həsr olunan konsert keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 12 iyun 2015 12:51 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında, Heydər Əliyevin büstü önündə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AAM) təşəbbüsü və təşkilatçılığı ilə “Bakı-2015” I Avropa Oyunlarına dəstək çərçivəsində konsert keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir I Avropa Oyunlarının təbliğinə həsr olunub.

 

Konsertdə "Ceyran" folklor rəqs qrupunun üzvləri, "Hacıyevlər qardaşları" ansamblı çıxış edib. Gənc tarzən Ramin Pirməmmədovun və gözdən əlil  Şaban Məmmədovun ifaları alqışlarla qarşılanıb.

 

Konsert çərçivəsində balaca rəssamların I Avropa Oyunlarına həsr etdikləri rəsm əsərlərinin sərgisi də keçirilib.

 

Tədbirdə Gürcüstanın rəsmi şəxsləri və Azərbaycan səfirliyinin nümayəndələri, QHT rəhbərləri, Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələr, Tiflis sakinləri və jurnalistlər iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR