Bank Of Baku

Toğrul Əsgərova qızıl medalı prezident İlham Əliyev təqdim edib - VİDEO - FOTOSESSİYA

Toğrul Əsgərova qızıl medalı prezident İlham Əliyev təqdim edib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 17 iyun 2015 17:45 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan olimpiya çempionu rəqib tanımayıb.

 

Finalda italiyalı idmançı Frank Kamizo Marqueslə qarşılaşan Əsgərov xalçanı qalib kimi tərk edib. Bu görüşü Azərbaycan prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva canlı izləyib.

 

Əsgərovu ölkə başçısı mükafatlandırıb. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Toğrula qızıl medalı İlham Əliyev təqdim edib.

 

Daha sonra isə himn sədaları altında dövlət bayrağımız dalğalanıb.

 

Qeyd edək ki, bununla, Azərbaycan millisinin Bakı-2015-də qazandığı qızıl medalların sayı 9-a çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR