Bank Of Baku

Türkiyə mətbuatında I Avropa Oyunları ilə bağlı məqalə dərc edilib

Türkiyə mətbuatında I Avropa Oyunları ilə bağlı məqalə dərc edilib
# 06 iyun 2015 12:47 (UTC +04:00)

Bakı-APA. Türkiyənin “Yeni Çağ” qəzeti Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı məqalə dərc edib.

 

APA-nın qəzetin saytına istinadən verdiyi məlumat görə, məqalədə Azərbaycanın oyunlara tam hazır olduğu bildirilir: “Bakıda 12-28 iyun tarixləri arasında keçiriləcək oyunlara hazırlıqları Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva şəxsən nəzarətdə saxlayır.  Artıq müasir idman obyektləri qonaqlarını gözləyir.  Mədəni zənginliyin sərgilənməsinin  qarşıya məqsəd qoyulduğu oyunların ölkənin tanıdılmasına böyük töhfə verəcəyi  gözlənilir”.

 

Məqalə müəllifi bildirir ki, Azərbaycanın 2012-ci ildə Avropa Oyunlarını təşkil etmək hüququ qazanmasıyla paytaxt Bakı yeni  görkəm  qazanıb:  “Oyunların açılış və bağlanış mərasimlərinin baş tutacağı Olimpiya Stadionu memarlıq üslubu ilə göz qamaşdırır. Bakı – 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq  Avropa Oyunlarının  yalnız Azərbaycan üçün deyil, Avropa üçün də çox böyük hadisə olacağını deyib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR