Bank Of Baku

Vilyam Lui-Mari: “Azərbaycan Avropa idman aləmində öz yerini möhkəmlətmək imkanında olan bir ölkədir”

Vilyam Lui-Mari: “Azərbaycan Avropa idman aləmində öz yerini möhkəmlətmək imkanında olan bir ölkədir”
# 14 may 2015 15:40 (UTC +04:00)

Paris. Fuad Qulubəyli - APA. “Mən bu ilin mart ayına kimi bir il “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin kommunikasiya məsələləri üzrə rəhbəri vəzifəsində çalışmışam. Bakıda yaşayıb işləmək və Avropa Oyunlarına töhfə vermək mənim üçün şərəfli bir iş oldu”.

 

Bu sözləri APA-ya açıqlamasında Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş II “Fransa-Azərbaycan 2015” biznes forumunda iştirak edən “Bakı 2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin kommunikasiya məsələləri üzrə sabiq rəhbəri Vilyam Lui-Mari deyib. O bildirib ki, iyunun 12-də başlayacaq və təxminən 50 ölkədən 6 min idmançının qatılacağı bu oyunlar Avropa qitəsini əhatə edən böyük bir yarışma olacaq: “Bu tədbirin keçirilməsi nəinki Azərbaycan, beynəlxalq, xüsusilə də Avropa idman hərəkatları üçün mühüm bir hadisədir. Avropa hələ heç vaxt belə bir idman oyunları keçirməyib. Düzdür, qitə oyunları Afrika, Amerika, Asiya üzrə keçirilib, amma əvvəllər Avropa üzrə belə idman yarışması mövcud deyildi. Fikrimcə, bu oyunlar həm Avropa idman dünyası üçün, həm də Azərbaycan üçün böyük bir uğurdur. Azərbaycan bu gün ölkəyə gələcək bütün idmançıları və rəsmləri qəbul etmək, Avropa idman aləmində öz yerini möhkəmlətmək imkanında olan bir ölkədir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR