Bakı-APA. Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Georgiyeviç Smirnova Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunduğu “Dostluq” ordeni təqdim edilib.
Gənclər və İdman Naizrliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi xəbərə görə, mükafat Moskva şəhərində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tərəfindən V. Smirnova təqdim olunub.
Qeyd edək ki, V. Smirnov bu il fevralın 12-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Olimpiya hərəkatının inkişafında və Azərbaycanla Rusiya arasında idman əlaqələrinin genişləndirilməsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.