Bank Of Baku

Xaçmazda üzgüçülük üzrə beynəlxalq turnirə start verilib

Xaçmazda üzgüçülük üzrə beynəlxalq turnirə start verilib
# 03 may 2015 19:01 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz Olimpiya İdman Kompleksində 5 ölkədən 80-dən çox idmançının iştirak etdiyi üzgüçülük üzrə beynəlxalq turnirə start verilib. 
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, turnirə Gürcüstandan 20, Qazaxıstandan 10, Qırğızıstandan 10, Rusiyadan 4 üzgüçü qatılıb. Azərbaycandan isə medallar uğrunda 38 idmançı mübarizə aparır. Onlardan 12-i ölkəmizi birinci Avropa Oyunlarında təmsil edəcək.
Beynəlxlaq turnirdə 1997-1998-ci il təvəllüdlü və daha kiçik yaş qrupları üzrə idmançılar yarışırlar. 
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil olunan turnir mayın 6-da yekunlaşaq.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR