Bank Of Baku

XV Yay Paralimpiya Oyunlarında uğur qazanacaq idmançılara veriləcək mükafatlar müəyyən edilib

XV Yay Paralimpiya Oyunlarında uğur qazanacaq idmançılara veriləcək mükafatlar müəyyən edilib
# 18 iyul 2016 16:34 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan respublikasının əlil idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamla XV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan respublikasının əlil idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR