Bank Of Baku

Yay Olimpiya Oyunları-2020-nin paytaxtı Tokio seçilib

Yay Olimpiya Oyunları-2020-nin paytaxtı Tokio seçilib
# 07 sentyabr 2013 22:44 (UTC +04:00)

Bakı-APA. 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının paytaxtı Tokio seçilib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq qərar Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri arasında keçirilən səsvermə zamanı qəbul edilib.

 

“Bütün müraciətlər yüksək səviyyədə idi. Lakin qalib bir olmalıdır. BOK bəyan edir ki, Olimpiya Oyunları-2020-nin paytaxtı Tokio olacaq”, - deyə səsvermənin nəticələrini elan edən BOK prezidenti Jak Roqqe bildirib.

 

Qeyd edək ki, Yay Olimpiya Oyunlarının paytaxtı olmaq uğrunda Tokio, İstanbul və Madrid mübarizə aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR