Bank Of Baku

Yuri Naqornıx: "Rusiya Bakıda keçiriləcək I Avropa oyunlarına 2015-ci ilin ən önəmli idman hadisəsi kimi baxır" - FOTO

Yuri Naqornıx: "Rusiya Bakıda keçiriləcək I Avropa oyunlarına 2015-ci ilin ən önəmli idman hadisəsi kimi baxır" - <span style="color: red;">FOTO
# 03 iyun 2015 23:30 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. "Rusiya Bakıda keçiriləcək I Avropa oyunlarına 2015-ci ilin ən önəmli idman hadisəsi kimi baxır".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Rusiya Federasiyasi idman nazirinin müavini Yuri Naqornıx bildirib.

 

"Mən axırıncı dəfə Bakıda Avropa ölkələri idman nazirlərinin toplantısında olmuşam. Bakı fantastik dərəcədə gözəl şəhərdir. Ona görə də, səbirsizliklə idmançılarla birlikdə Bakıya gedəcəyimiz günü gözləyirik.

 

Gördüyünüz kimi, Bakı-2015 Avropa Oyunlarında iştirak edəcək Rusiya yığmasının tərkibində tanınmış idmançılar var. Yığmanın əsas heyətinə perspektivli gənc idmançılar da qatılıb. Həmin gənc idmançılar yaxın gələcəkdə dünya idman cəmiyyətinin elitasına daxil olacaqlar. Bütün Rusiya yığmaları Avropa oyunlarına ciddi şəkildə hazırlaşıblar", -deyə Yuri Naqornıx qeyd edib.

 

"Bakı-2015" idman şəhərciyində açılacaq "Rusiya Evi" barədə məlumat verən rusiyalı nazir müavini "Evi"i olimpiya oyunlarında açdıqlarını söyləyib: "Bakıda keçiriləcək Avropa oyunlarında da "Rusiya Evi"ni açmaq qərarına gəldik. Bu bizim azərbaycanlı dostlarımızla birgə layihəmizdir. Bura Rusiya komandasının üzvləri, veteran idmançılar, bir sözlə bütün idman həvəskarları gələ biləcəklər. Bu məkan Rusiya və Azərbaycanın dostluq evi olacaq".    

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR