Bakı. Türbət Bağırova - APA. “NATO sülhün əldə edilməsi üçün birlik, həmrəylik, ən əsası isə qətiyyət nümayiş etdirməlidir”.
APA-nın xəbərinə görə, bunu Polşa prezidenti Anjey Duda alyansın Varşava sammiti çərçivəsində ekspertlər forumunda çıxışı zamanı deyib.
A. Duda qeyd edib ki, alyansın əsas funksiyası sülhün müdafiə olunmasıdır. Krımın işğalı, Donbas, Suriyada baş verən müharibə, kütləvi miqrasiyanın beynəlxalq nizama ciddi təsir etdiyini deyən Polşa prezidenti müasir dünyada insanlar arasında təşviş olduğunu diqqətə çatdırıb: “Bu bizim qarşımızda böyük öhdəliklər qoyur. Əlimizdən gələni etməliyik ki, insanların sülh içində, qorxusuz yaşamasına töhfə verək. NATO Varşava sammitində birlik, həmrəylik, ən əsası isə qətiyyət nümayiş etdirməlidir. Ənənəvi və ya hibrid təhlükələrə qarşı birgə mübarizə aparmalıyıq”.
Polşa prezidenti qeyd edib ki, Varşava sammit alyansa üzv olmağa can atan ölkələrlə əməkdaşlıq üçün də əla imkandır: "“Bura Gürcüstan, Ukrayna, Moldova ilə əlaqələrimizin genişlənməsi də daxildir”.
Transatlantik təhlükəsizliyin təmin edilməsində ABŞ və Kanadanın əvəzsiz rolu olduğunu deyən A. Duda Avropa İttifaqını da alyansın həlledici tərəfdaşı adlandırıb.
Polşa prezidenti: “NATO sülhün əldə edilməsi üçün birlik, həmrəylik, ən əsası isə qətiyyət nümayiş etdirməlidir”
08 iyul 2016 09:45 (UTC +04:00)
Avropa
Almaniya ukraynalı hərbçilərin iştirakı ilə təlimlərə başlayıb
15:00
18 may 2024
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
06:32
18 may 2024
Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
05:02
18 may 2024
Finlandiya prezidenti: “Ərazilərimizdə NATO-nun nüvə silahlarını yerləşdirməyi xahiş etməmişik”
20:54
17 may 2024