Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalında həbs edilib

Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalında həbs edilib
# 11 oktyabr 2017 08:21 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını döyməkdə və bıçaqlamaqda təqsirləndirilən 200-ci il təvəllüdlü Sübhan Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. O, S. Atakişiyevin 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunması və məhkəmə zalından həbs edilməsini istəyib. Bildirib ki, S. Atakişiyev törətdiyi əməldən peşman olmadığını bildirib.

Prokuror deyib ki, hökmdə onun yetkinlik yaşına çatmaması da yüngülləşdirici hal kimi nəzərə alınmalıdır.

Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən o, 3 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR