6 dekabrın Qərbi Azərbaycanlıların Deportasiyası Günü kimi qeyd edilməsi təklif olunub

6 dekabrın Qərbi Azərbaycanlıların Deportasiyası Günü kimi qeyd edilməsi təklif olunub
# 06 dekabr 2023 11:54 (UTC +04:00)

“Təklif edirəm ki, 6 dekabr tarixi Qərbi Azərbaycanlıların deportasiyası günü kimi təqvimimizdə öz əksini tapsın”.

APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının nəzarət təftiş komissiyasının üzvü deputata Musa Quliyev Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı" mövzusunda ictimai dinləmə zamanı deyib.

“Çünki məhz 35 il bundan əvvəl Nüvədi kəndi istisna olmaqla, Qərbi Azərbaycanlıların deportasiyası başa çatmışdır”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR