Deputat: Ermənistanda Azərbaycana məxsus 500-dən çox qəbir dağıdılıb

Deputat: Ermənistanda Azərbaycana məxsus 500-dən çox qəbir dağıdılıb
# 12 iyun 2023 11:51 (UTC +04:00)

Son rəqəmlərə görə, Ermənistanda Azərbaycana məxsus 500-dən çox qəbir, 391 məscid, 68 tarixi abidə, 7 memarlıq abidəsi erməni vandalları tərəfindən dağıdılıb.

APA xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov Milli Məclisdə keçirilən “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.


“Ermənistandakı mədəni irsimiz hərbi əməliyyatlardan kənar olaraq, bilərəkdən məhv edilib. Eləcə də Göy məscidin tarixi kökünün dəyişdirilməsi, onun fars məscidi kimi təqdim edilməsi də buna nümunədir”, - deputat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR