Ermənistanda dəyişdirilən Azərbaycan toponimlərinin bərpası üçün işlər gedir

Ermənistanda dəyişdirilən Azərbaycan toponimlərinin bərpası üçün işlər gedir
# 26 yanvar 2023 15:48 (UTC +04:00)

Azərbaycan toponimləri kütləvi surətdə dəyişdirilib. Adların dəyişdirilməsi prosesi bu gün də davam etdirilir. Hətta elə olur ki, bir adı bir neçə dəfə dəyişdirirlər.

APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasındakı mətbuat konfransında deyib.

O, toponimlərin əvvəlki adlarına qayıtması istiqamətində işlərin getdiyini deyib:

"Lakin tarixi dəyişmək olmaz. Toponimlərin adlarının öz adlarına qaytarılması istiqamətində işlər gedir. Abidələr, hidronimlər və digər dəyişikliyə məruz qalmış adlar yenidən öz adına bərpa olunub beynəlxalq ictimaiyyətə çatdırılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR