Əziz Ələkbərli: Ermənilərin guya azərbaycanlıların Qərbi Azərbaycana aid olmaması iddiaları əsassızdır

Əziz Ələkbərli: Ermənilərin guya azərbaycanlıların Qərbi Azərbaycana aid olmaması iddiaları əsassızdır
# 12 iyun 2023 11:26 (UTC +04:00)

Qərbi Azərbaycan ərazisində yerləşən tarixi-mədəni abidələr, yeraltı-yerüstü mədəniyyət abidələri, karvansaralar, qəbirüstü abidələr, başdaşılar, mədəd, kilsə, məscid və ocaqlar o ərazilərin qədim Azərbaycan-türk torpağı olduğunu sübuta yetirən faktlardır.

APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisdə keçirilən “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

“Bu gün sadalananları bircə-bircə tədqiq etməli, tarixi həqiqəti sübut etməliyik. Ermənilərin guya azərbaycanlıların həmin ərazilərə aid olmaması kimi iddiaları tamamilə əsassızdır”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR