Əziz Ələkbərli: Qərbi Azərbaycan İcmasının 8 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcmasının 8 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb
# 23 dekabr 2023 13:10 (UTC +04:00)

"Qərbi Azərbaycan İcmasının 8 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb.

APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli hesabat tədbirində deyib.

O bildirib ki, icma qayıdış məsələsinə dair beynəlxalq təşkilatlarla dialoqa başlayıb və bu çərçivədə rəsmi tədbirlərdə iştirak edib.

"Həmçinin, xaricdə yaşayan Qərbi azərbaycanlıların təşkilatlanması və onlar arasında koordinasiyanın gücləndirilməsi istiqamətində əməli addımlar atılıb. 5 dekabrda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda 30 xarici ölkədən nümayəndələrin iştirakı ilə baş tutmuş beynəlxalq konfrans Qərbi Azərbaycan mövzusunun beynəlxalq ictimaiyyətin gündəliyinə gətirilməsi baxımından böyük rol oynayıb. İcma il ərzində öz fəaliyyəti barədə ictimaiyyəti aktiv şəkildə məlumatlandırmış və xarici dairələrin İcma üçün maraq doğuran məsələlərə dair ifadə etdikləri mövqelərə operativ qaydada müvafiq bəyanatlarla reaksiya verib" - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Qərbi Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR