İcma: Paşinyanı azərbaycanlıların Ermənistandakı öz qanuni evlərinə qayıtması ilə bağlı işləməyə çağırırıq

İcma: Paşinyanı azərbaycanlıların Ermənistandakı öz qanuni evlərinə qayıtması ilə bağlı işləməyə çağırırıq
# 29 iyun 2023 18:05 (UTC +04:00)

Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanı onun Qarabağ bölgəsində yaşayan erməniləri emiqrasiyaya məcbur etmək niyyətində olmaqda ittiham edən bugünkü bəyanatını kəskin şəkildə pisləyib.

APA xəbər verir ki, bununla QAİ bəyanat yayıb.

"Bu bəyanat nəinki əsassızdır, həm də beynəlxalq hüquq normalarına və Ermənistanın öz qoşunlarını Azərbaycandan çıxarmaq öhdəliyini götürdüyü 2020-ci il Üçtərəfli Bəyanata zidd olaraq, ərazi iddiasına dəstək kimi Azərbaycanda qanunsuz hərbi mövcudluğunu davam etdirmək məqsədinə xidmət edir", - bəyanatda deyilir.

Vurğulanır ki, Baş nazir Paşinyanın etnik təmizləmədən danışması istehza doğurur: "Belə ki, bütün azərbaycanlıları öz ərazisindən zorla çıxaran və onların geri qayıtmasına mane olan məhz Ermənistandır. Ermənistan hökuməti, o cümlədən baş nazir Paşinyan Qərbi Azərbaycan İcmasının Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıtması üçün dinc dialoqa çağırışlarına məhəl qoymur. Ermənistan bu çağırışlarımıza cavab verməməklə və Azərbaycanın suverenliyinə qəsd edən fəaliyyətləri ilə insan hüquqlarına etinasızlıq nümayiş etdirir və Azərbaycan hökumətinin erməni millətindən olan vətəndaşlarının re-inteqrasiyası istiqamətində səylərini sabotaj etməyə çalışır.

Biz Baş nazir Paşinyanı bu zərərli səyləri dayandırmağa və azərbaycanlıların Ermənistana təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasını təmin etməyə çağırırıq. Bu prosesə yardım etmək, geri qayıdan azərbaycanlıların hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiyaların cəlb edilməsinə Ermənistanın razılıq verməsi vacibdir.

Qərbi Azərbaycan İcması dialoq, dinc və yanaşı yaşama və insan hüquqlarına hörmət prinsiplərinə sadiq qalır. Biz Baş nazir Paşinyanı eyni sədaqət nümayiş etdirməyə və azərbaycanlıların Ermənistandakı öz qanuni evlərinə qayıtmasını ehtiva edən ədalətli və inklüziv cəmiyyət quruculuğu yolunda işləməyə çağırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR