Bank Of Baku

İcma sədri: Ermənilər Cənubi Qafqaza köçürüləndən etnik təmizləmə ilə məşğul olublar

İcma sədri: Ermənilər Cənubi Qafqaza köçürüləndən etnik təmizləmə ilə məşğul olublar
# 31 oktyabr 2023 11:38 (UTC +04:00)

"Son 200 ildə ermənilər Cənubi Qafqaza köçürüləndən etnik təmizləmə ilə məşğul olublar".

APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, bu etnik təmizləmə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların adını tarixdən silməklə müşahidə olunub:

"İrəvan qalası işğal altında düşəndən dərhal sonra ermənilər oradakı Rəcəb Paşa məscidini Fransızlar kilsəsinə çevirdilər. Həmçinin digər məscidlərimiz də dağıdılıb, Göy məsciddən başqa heç birinin izi-tozu yoxdur. Ötən əsrin əvvəllərindən ermənilər rəsmi şəkildə toponimlərimizin dəyişdirilməsinə başlayıblar və bu proses bu gün də davam edir. Ermənilər bir-iki dəfə dəyişdirdikləri adları bir də dəyişdirərək tarixi izləri itirməyə çalışırlar. Hər dəfə araşdırdıqda yeni adlar üzə çıxır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR