İcma sədri: Pakistan dost-qardaş dövlətdir, bunu beynəlxalq müstəvidə hər zaman hiss etmişik

İcma sədri: Pakistan dost-qardaş dövlətdir, bunu beynəlxalq müstəvidə hər zaman hiss etmişik
# 11 iyul 2023 11:12 (UTC +04:00)

Pakistan bizim üçün dost-qardaş dövlətdir. Biz bunu beynəlxalq müstəvidə hər zaman hiss etmişik.

APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasın Sədri Əziz Ələkbərli İcmada Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Bilal Hayee ilə görüşü zamanı deyib.

"Bizi tarixi köklərimiz birləşdirir. 44 günlük Vətən Müharibəsində Pakistan bizə qardaş dövlətlər sırasında oldu. Biz Türkiyənin, Pakistanın və digər dost dövlətlərin dəstəyini müharibə dönəmində də, ondan sonra da hər zaman hiss edirik.

Təəssüf ki, dünya ictimaiyyəti Cənubi Qafqazda son 200 ildə baş verən proseslər barədə heç də tam məlumata sahib deyillər. Bizim İcmanın məqsədi məhz bu əskikliyi aradan qaldırmaq, dünya ictimaiyyətinə həqiqətləri çatdırmaqdır", - sədr əlavə edib.

İcma sədri deyib ki, müharibə bitibsə, zərər çəkmiş bu insanların hüquqları da masa üzərinə yatırılmalıdır:

"Bizim istəyimiz təhlükəsiz və sülh şəraitində öz ata-baba yurdlarımıza qayıtmaqdır. Biz bununla bağlı Ermənistanın baş nazirinə də müraciət etmişik. Bizim istəyimiz odur ki, Azərbaycanda qalıb yaşayan erməni vətəndaşlarına verilən hüquq eynilə bizlərə də şamil edilsin. Bizim bu çağırışlarımıza, təəssüf ki, lazımi qiymət verilmir. Əksinə Qarabağda yaşayan ermənilərin hüquqlarının olması və digər bu kimi məsələlər qabardılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR