İcma sədri: Qərbi Azərbaycan həqiqətlərini dünyaya lazımi səviyyədə çatdıra bilməmişik

İcma sədri: Qərbi Azərbaycan həqiqətlərini dünyaya lazımi səviyyədə çatdıra bilməmişik
# 20 iyun 2023 18:06 (UTC +04:00)

Çox təəssüf ki, xüsusilə son 30 ildə Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıra bilsək də, Qərbi Azərbaycan həqiqətlərini dünyaya lazımi səviyyədə çatdıra bilməmişik.

APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasınən sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

İcma sədri Azərbaycanın dünyada qaçqınlıqdan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu xatırladıb:

"200 ildir ki, xalqımız öz ata-baba torpaqlarında deportasiyalara, soyqırımılarına məruz qalıb və öz torpaqlarından ermənilər tərəfindən didərgin salınıb".

Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının vəzifələrindən də danışıb:

"Bizim əsas hədəfimiz son 200 ildə tarixi torpaqlarımızda soydaşlarımızın başına gətirilən faciələri dünya ictimaiyyətinə çatdırmaqdır. İcma son bir neçə ayda bu istiqamətdə xeyli işlər görüb. Bunlardan biri odur ki, ilk dəfə olaraq Qərbi Azərbaycan İcmasının bir neçə sənədi BMT-nin tribunasından 190 ölkəyə BMT-nin rəsmi sənədi kimi yayılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR