“Qərbi Azərbaycana qayıdış mütləq baş tutacaq. Bunun qarşısını ala biləcək heç bir qüvvə yoxdur”.
APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Mirasa sahiblik: Qayıdış konsepsiyasının təbliğində müəllimlərin rolu” adlı tədbirdə deyib.
“Biz məqsədlərimizə doğru addım-addım irəliləyirik. Tarixi və milli ənənələrə malik gənc nəsil yetişdiririk. Bu məqamda gənc müəllimlərin rolu böyükdür",- deyə o bildirib.