İrəvandakı Göy məscidin UNESCO tərəfindən qorunması təklif edilə bilər

İrəvandakı Göy məscidin UNESCO tərəfindən qorunması təklif edilə bilər
# 12 iyun 2023 11:39 (UTC +04:00)

Ermənilər şəhərsalma adı altında İrəvan şəhərinin mərkəzinin tarixi kökünü dağıdıb məhv ediblər.

APA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Milli Məclisdə keçirilən “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

“Məhz bu və bunun kimi səbəblərdən ermənilər beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Qafqazın ən böyük məscidi olan Göy Məscidin fars məscidi kimi təqdim edilməsi də ermənilərin tarixi saxtalaşdırmasına bariz nümunədir. Bu baxımdan, məscid məsələsinin UNESCO səviyyəsində qaldırılması, UNESCO tərəfindən məscidin qorunmasını təklif etmək gərəklidir”, - o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR