Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycanla bağlı fənlər tədris olunacaq

Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycanla bağlı fənlər tədris olunacaq
# 02 noyabr 2023 11:40 (UTC +04:00)

Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycanla bağlı xüsusi fənlər tədris olunacaq.

Bu barədə APA-ya Naxçıvan Dövlət Universitetindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması göstərişini verib. Naxçıvan Dövlət Universitetində də bu məqsədlə əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, etnoqrafiyasını, milli adət-ənənələrini və mədəniyyətini gənc nəslə ətraflı öyrətmək məqsədilə universitet Elmi Şurasının qərarı bir sıra fənlər təsdiq olunub.

Növbəti tədris ilindən etibarən “Tarix müəllimliyi” və “Tarix” ixtisaslarında “Qərbi Azərbaycanın siyasi və etno-mədəni tarixi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasında “Qərbi Azərbaycanın toponimikası”, Muzey, arxiv işi və abidələrin qorunması “ ixtisasında isə “Qərbi Azərbaycanın maddi-mədəniyyət abidələri” adlı fənlər tədris olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR