Bank Of Baku

QAİ ABŞ-ın Ermənistandakı səfirinin İstisuya səfəri ilə bağlı bəyanat yayıb

QAİ ABŞ-ın Ermənistandakı səfirinin İstisuya səfəri ilə bağlı bəyanat yayıb
# 18 avqust 2023 18:46 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin məlumat verdiyi kimi, bu gün səfir Kristina Kvien İstisu (Cermuk) qəsəbəsinə səfər edib.

APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

"Biz xanım səfirin İstisuya hansı məqsədlə səfər etməsi barədə məlumata malik deyilik. Lakin səfirin İrəvandan gələrkən İstisu daxil olmaqla əvvəllər azərbaycanlıların yaşamış olduqları, məscidlərinin, qəbiristanlıqlarının dağıdıldığı, təhqir edildiyi yaşayış məskənlərindən keçdiyini bilirik.

Bilmək istərdik ki, özünü dünyada insan hüquqlarının müdafiəçisi kimi qələmə verən ABŞ-ın Ermənistanda – etnik təmizləmə yolu ilə mono-etnik məkana çevrilmiş bir dövlətdə - səfiri olan xanım Kvienin akkreditə olunduğu ölkədə tüğyan edən irqçilik və qeyri-tolerantlığın aradan qaldırılması və azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində nəzərdə tutulan qayıdış hüquqlarının reallaşdırılması üçün nələr edir.

Biz həmçinin fürsətdən istifadə edərək, ABŞ tərəfini etnik və dini ayrı-seçkilik qoymadan insan hüquqlarına dəstək verilməsi xahişi ilə dövlət katibi Entoni Blinkenə göndərdiyimiz müraciətə cavab verməyə çağırırıq"- bəyanatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR