Qərbi Azərbaycan İcması bəyanat yayıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb
# 14 dekabr 2023 15:47 (UTC +04:00)

Ermənistan rəsmilərinin son günlər sülh müqaviləsinin imzalanması üçün “3 prinsipə riayət olunması”, “qoşunların sərhəddən geri çəkilməsi”, “beynəlxalq qarant mexanizmi” barədə dedikləri fikirlər bu ölkənin sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, müxtəlif süni maneələrlə prosesi yubatdığını göstərir.

APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

“Görünür, bunun səbəbi Fransa başda olmaqla xarici ölkələrdən alınan silahların və Avropa İttifaqının bu ölkədəki missiyasının sayının artırılmasının Ermənistana verdiyi güvəndir.

Ermənistan sülh müqaviləsinin imzalanması üçün şərtlər irəli sürmək kimi qeyri-konstruktiv yanaşmadan əl çəkməlidir”, - bəyanatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR