Qərbi Azərbaycan İcması: Ermənistan hökuməti reinteqrasiyamıza təminat verməlidir

Qərbi Azərbaycan İcması: Ermənistan hökuməti reinteqrasiyamıza təminat verməlidir
# 20 iyun 2023 18:28 (UTC +04:00)

Ermənistan hökuməti bizim hüquqlarımızın qorunmasına və reinteqrasiyamıza təminat verməlidir.

APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş "Ümumdünya Qaçqınlar Günü və Azərbaycanda qaçqın məsələsi" adlı tədbirdə çıxışı zamanı deyib.

"Bizim davamlı dialoq cədhlərimizə baxmayaraq, Ermənistan tərəfi bu prosesdən yayınır və yayınma prosesin gedişatına mane olur", - İcma sədri əlavə edib.

Əziz Ələkbərli beynəlxalq ictimaiyyətə bir daha müraciət edib:

"Eyni zamanda, insan hüquqlarına əsaslanan məramımızın həyata keçirilməsi beynəlxalq ictimaiyyətin siyasi və praktiki dəstəyindən asılıdır. Bu günə qədər bu yöndə bizə verilən dəstəkləri də yüksək qiymətləndiririk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR