Qərbi Azərbaycan İcması Oskanyana cavab verib

Qərbi Azərbaycan İcması Oskanyana cavab verib
# 11 dekabr 2023 11:38 (UTC +04:00)

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir.

APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd edilib ki, daşnak və irqçi düşüncəli V.Oskanyan reallıqlardan tamamilə uzaq düşüb və özünün uydurduğu paralel dünyada gün keçirməklə məşğuldur.

“Belə qeyri-ciddi adamın uzun müddət xarici işlər naziri olması Ermənistanın nə üçün uğursuz dövlət olmasını çox yaxşı izah edir. V.Oskanyan da ATƏT-in sabiq Minsk Qrupu, Tomas de Vaal kimi artıq keçmişdir”, - bəyanatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR